Öz kodunun real icrasını gör
Hazır animasiya deyil, «Wrong Answer» deyil. Öz C++ kodunu yazırsan — biz onu həqiqətən icra edir, hər addımda dəyişənlərin necə dəyişdiyini göstəririk.
Sınamaq üçün hesab lazım deyil · Hesab kodlarını saxlamaq üçündür
Kodun hər addımında dəyişənlərin necə dəyişdiyini izlə.
Heç bir kadr əl ilə çəkilməyib — bu, proqramın öz ekran yazısıdır.
Niyə bu layihə?
Alqoritmi başa düşməmək çox vaxt məntiqdən yox, görünməzlikdən gəlir. Kod işləyir, amma içəridə nə baş verdiyi gizli qalır.
«cout» ilə sazlamaq vaxt itkisidir
Hər dəyişəni çap etmək, sonra çıxışı gözlə oxumaq — olimpiadaçının ən çox vaxt itirdiyi yer budur. Debugger bunu onsuz da bilir; sadəcə göstərmək lazımdır.
Hazır animasiyalar sənin kodun deyil
Başqasının düzgün həllinin animasiyasına baxmaq öz səhvini tapmağa kömək etmir. Səhv sənin kodundadır, animasiya isə onun deyil.
Azərbaycanca material demək olar ki, yoxdur
Alqoritm mövzusunda ana dilində izah tapmaq çətindir. Terminlər ingiliscə qalır — çünki məsələ şərtlərində də belədir — amma izah anlaşıqlı dildədir.
Kimlər üçündür?
Olimpiadaya hazırlaşanlar
Respublika və beynəlxalq olimpiadaya hazırlaşırsan. Həll düzdür, amma bir testdə düşür — hansı addımda pozulduğunu görmək lazımdır.
Alqoritm öyrənənlər
Segment tree, DSU, DP keçidləri kağızda aydındır, kodda isə yox. Öz kodunun icrasını addım-addım izləmək aradakı boşluğu bağlayır.
Müəllim və məşqçilər
Lövhədə çəkmək əvəzinə şagirdin öz kodunu ekranda icra et. Səhv harada olduğunu izah etmək əvəzinə göstər.
Universitet tələbələri
Verilənlər strukturları fənnində pointer, rekursiya və yaddaş davranışı ən çətin hissədir. Onları görmək oxumaqdan tez öyrədir.
Fərq nədədir?
| Sayt | Sənin öz kodun | Real icra | Hər addım görünür |
|---|---|---|---|
| VisuAlgo kimi saytlar | |||
| LeetCode kimi saytlar | |||
| AlgoLens |
LeetCode kodunu icra edir, amma yalnız nəticəni verir. VisuAlgo addımları göstərir, amma sənin kodunu yox.
Nə edə bilərsən
Addım-addım vizual
Array, matrix, graph, adjacency list — struktur avtomatik tanınır.
Debugger-dən gələn dəyərlər
Rəqəmləri AI uydurmur — gdb-dən oxunur.
Complexity təhlili
Zaman və yaddaş qiyməti, ən çox icra olunan sətirlər, TLE riski.
Recursion tree
Hansı çağırış nə qədər çəkdi, memoization işlədimi.
Azərbaycanca izah
Hər addımda nə baş verdiyini oxu. Xəta anlaşıqlı dildə izah edilir.
İşlərini saxla
Həllərini hesabında saxla, istənilən vaxt aç.